Ermənistanda daha 939 nəfər COVID-19-a yoluxub.
“QİA.AZ” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.
Bildirilib ki, Ermənistanda koronavirusa yoluxanların sayı 255 648-ə çatıb. Son sutkada koronavirusdan 19 nəfər ölüb. Bununla da koronavirusdan ölənlərin sayı 5 200-ə yüksəlib.
Koronavirusa yoluxan 237 855 nəfər sağalıb. Hazırda 11 396 pasiyent müalicə olunur.