Ermənistanda daha 1 667 nəfərdə koronavirus aşkarlanıb.
“QİA.AZ” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 123 646-ya yüksəlib.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 30 nəfər artaraq 1 900-ə çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 488-ə yüksəlib. İndiyədək 90 754nəfər infeksiyadan sağalıb.
Hazırda Ermənistanda 30 504 aktiv koronavirus xəstəsi var.