Ermənistanda son sutkada koronavirusdan 30 nəfər ölüb

Noy20,2020
Ermənistanda son sutkada koronavirusdan 30 nəfər ölüb

Ermənistanda daha 667 nəfərdə koronavirus aşkarlanıb.

“QİA.AZ” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 123 646-ya yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 30 nəfər artaraq 1 900-ə çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 488-ə yüksəlib. İndiyədək 90 754nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 30 504 aktiv koronavirus xəstəsi var.

Oxşar Xəbərlər