Ermənistan ordusunda canlı qüvvənin çatışmadığı bir daha təsdiqlənir.
“QİA.AZ” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, Ermənistan parlamentində könüllü dəstələrin komandanlığının yaradılması haqqında qanun ikinci və yekun oxunuşda qəbul edilib.
Bununla da Ermənistan hakimiyyəti muzdluları “könüllü dəstələr” adı altında formalaşdırmağa başlayır. Parlamentin qəbul etdiyi sənədlə buna hüquqi don geyindiriləcək. Bu həm də Ermənistan ordusunda xidmət edən və ya edəcək terrorçuların fəaliyyətinə də hüquqi baza yaradılmasına imkan verir.
Beləliklə, yeni qanun Ermənistanda orduya terrorçular da daxil olmaqla muzdluların cəlb edilməsi prosesinə təkan verəcək.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatından əvvəl və həmin günlərdə separatçı rejim də muzdluların cəlb olunması üçün “könüllü dəstələrin yaradılması üçün qərar qəbul” etmişdi.