Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Bu barədə “QİA.az”a FHN-in Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, FHN-in “112” qaynar telefon xəttinə daxil olan zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 54 yanğına çıxış, 4 halda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Görülən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, ötən sutka ərzində 4 nəfər, o cümlədən Abşeron rayonunun Novxanı kəndi ərazisində dənizdə batma təhlükəsi ilə üzləşmiş 1 nəfər dalğıc-xilasedicilərin çevik müdaxiləsi sayəsində xilas olunub.