ABŞ-ın böyüklüyünə görə beşinci şəhəri sayılan Filadelfiyada prezident seçkiləri səslərinin hesablanmasının davam etdiyi “Pennsylvania Convention Center”in yaxınlığındakı iri ticarət mərkəzinin “minalaması təhlükəsi” haqqında xəbər yayılıb.
“QIA.AZ” məlumatına görə, bu barədə “PBS” telekanalı xəbər verib.
Bununla əlaqədar olaraq ticarət mərkəzinin ziyarətçiləri təxliyə edilib. Bundan başqa, həmçinin yerli “Inquirer” qəzetinin ofisinin yaxınlığında da təxliyə işləri görülüb.
Pensilvaniya ştatı paytaxtının polisi informasiya ilə bağlı yoxlamalar aparıb. Məlumata görə, binada partlayıcı maddələr aşkar edilməyib.
Asayiş keşikçiləri bildiriblər ki, zənglər bir şəxs tərəfindən iki dəfə edilib.