Floridada bina çökməsi nəticəsində ölənlərin sayı 4-ə çatıb, 159 nəfərin isə taleyi bilinmir

Cümə axşamı günü Florida ştatında bir yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb, 159 nəfərin taleyi naməlum olaraq qalır.

QİA.AZ-ın TASS-a istinadən verdiyi məlumata görə, bunu Miami-Dade dairəsinin rəhbəri Danielle-Levine Kava onlayn yayımlanan mətbuat konfransında bildirib: “Hər şeyin qaydasında olduğu 120 nəfərin taleyi barədə məlumat aldıq, amma təəssüf ki, taleyi bilinməyən insanların sayı bir gecədə 159 nəfərə çatdı.

Rayon rəhbəri xilasetmə əməliyyatının davam etdiyini və təcili yardım xidmətinin lazımlı olduqda dağıntıları təmizləmək üçün hələ də yalnız yüngül avadanlıqlardan istifadə etdiyini bildirib: “Biz xilasetmə əməliyyatını davam etdirəcəyik, çünki hələ də canlı insanları tapmağı ümid edirik. Onların yerini tapmaq üçün itlərdən də istifadə edirik”.

Qeyd edək ki, hadisə ilə əlaqədar ABŞ Prezidenti Co Bayden cümə axşamı Floridada fövqəladə vəziyyət elan edilməsi haqqında sərəncam imzalayıb.

Oxşar Xəbərlər