“Formula 1”: Avstraliya Qran-prisi yenə ləğv edilib

İyl6,2021

“Formula 1” üzrə Avstraliya Qran-prisi ləğv olunub.

“QİA.AZ”ın BBC-yə istinadən məlumatına görə, bu barədə yarışın təşkilatçıları açıqlama veriblər.

Yarışın ardıcıl ikinci il baş tutmamasına koronavirus pandemiyası ilə bağlı səyahət məhdudiyyətləri səbəb olub.

Avstraliya Qran-prisi 19 – 21 noyabrda olmalı idi.

Bu yarışla yanaşı, noyabrın 24-də keçirilməsi planlaşdırılan MotoGP üzrə dünya çempionatı da ləğv edilib.

Oxşar Xəbərlər