Tokio-2020: Paralimpiyaçılarımızdan daha iki lisenziya

İyl6,2021

Azərbaycanın daha iki idmançısı Tokio-2020 Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.

Milli Paralimpiya Komitəsidən QİA.AZa verilən məlumata görə, atletika idman növü üzrə millinin üzvləri Lamiyə Vəliyeva və Yuliya Yanovskaya reytinq xalları qazandıran yarışlarda yüksək nəticələr göstərərək paralimpiadada iştirak hüququ əldə ediblər.

Bununla da Azərbaycanın paralimpiyaçılarının qazandığı lisenziya sayı 34-ə çatıb. Onlardan 11-i cüdo, 10-u atletika, 4-ü parataekvando, 4-ü pauerliftinq, 3-ü üzgüçülük və 2-si güllə atıcılığı növündəndir.

Qeyd edək ki, paralimpiada 24 avqust – 5 sentyabrda keçiriləcək.

Oxşar Xəbərlər