“Formula 1″də koronavirusa 9 yeni yoluxma aşkarlandı

Okt31,2020
"Formula 1"də koronavirusa 9 yeni yoluxma aşkarlandı

Ötən həftə ərzində “Formula 1″də koronavirus infeksiyasına 9 yoluxma halı aşkarlanıb.

“QIA.AZ”un Beynəlxalq Avtomobil İdmanı Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, 23 – 29 oktyabrda ümumilikdə 4 281 test aparılıb. Yoluxanların adları açıqlanmır.

Qeyd edək ki, bu gün İtaliyanın İmola trasında San-Marino Qran-prisi start götürəcək. Bu trasda “Formula 1” pilotları 2006-cı ildən sonra ilk dəfə yarışacaqlar. Qran-prinin qalibi oktyabrın 1-də müəyyənləşəcək.

Oxşar Xəbərlər