Respublika Neyrocərrahiyyə Xəstəxanasına baş həkim təyin edilib

Okt31,2020
Respublika Neyrocərrahiyyə Xəstəxanasına baş həkim təyin edilib

TƏBİB idarə heyətinin sədri Ramin Bayramlının müvafiq əmri ilə Respublika Neyrocərrahiyyə Xəstəxanasına baş həkim vəzifəsinə Fərid Vahid oğlu Təqdirov təyin edilib.

Bu barədə ‘QIA.AZ”a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, Fərid Təqdirov 1996-2002-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil almış, 2002-2003-cü illərdə Respublika Neyrocərrahiyyə Xəstəxanasında neyrocərrahiyyə ixtisası üzrə internatura keçib.

İlk əmək fəaliyyətinə Respublika Neyrocərrahiyyə Xəstəxanasında nevrocərrah kimi başlamış, daha sonra Füzuli rayonu N-saylı Tibb Taborunda, Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi Tibbi Baş İdarəsinin Hospitalında və müxtəlif özəl tibb müəssisələrində neyrocərrah kimi fəaliyyət göstərib.

Oxşar Xəbərlər