“Gənclərin Məşğulluq Məktəbi 2” YazDüşərgəsi yekunlaşıb

May27,2024

Karyera yolunda uğur əldə etmək istəyən gənclərüçün Şəki Olimpiya İdman Kompleksində təşkil edilən“Gənclərin Məşğulluq Məktəbi 2” Yaz Düşərgəsi başaçatıb. 

20-24 may tarixlərində, 5 gün müddətində 100 gənciştirakçı üçün peşəkar karyera məsləhətçiləri tərəfindənkaryera planlamasında vacib addımlar, düzgünməqsədlərin təyin edilməsi, effektiv CV-nin yazılması vəmüsahibəyə hazırlıq qaydaları mövzularında təlimlər, robototexnika, karate, fotoqraflıq, rəssamlıq, əl işləri, dərzilik sahələrində master-klasslar təşkil edilib, səyyarkonsultasiya xidməti təqdim edilib, ingilis dilinimənimsəmək üsulları, xaricdə təhsil imkanları, karyeraplanlamasında trendlər, könüllülük, texnoloji gələcəkmövzularında panel müzakirə və seminarlar keçirilib.Bununla yanaşı, düşərgə müddətində iştirakçılarınşəbəkələşməsini sürətləndirmək məqsədilə komandaquruculuğu və intellektual oyunlar, enercayzerlər təşkiledilib. Həmçinin, gənclər asudə vaxtlarında müxtəlif idmanyarışlarında iştirak edərək və stolüstü oyunlar oynayaraqəyləncəli vaxt keçirdiblər. 

Hər günün yekununda iştirakçılar üçün müxtəlifkonseptlərdə əyləncə və konsert proqramı təşkil olunub. Əyləncə proqramlarının birində gənclər Green Party edərək Yaşıl Dünya üçün öz həmrəyliklərini nümayişetdiriblər. Düşərgənin sonuncu günü isə Şəki şəhərininzəngin mədəniyyət və tarixinə ekskursiya ilə yadda qalıb.

Gəncləri karyera planlamasında düzgünistiqamətləndirmək məqsədi daşıyan düşərgə AzərbaycanRespublikası Gənclər və İdman Nazirliyi, AzərbaycanRespublikasının Əmək və Əhalinin Sosial MüdafiəsiNazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi vəAzərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinintəşkilatçılığı ilə həyata keçirilib.

Xatırladaq ki, “Gənclərin Məşğulluq Məktəbi” ilk dəfə6-10 fevral 2023-cü il tarixlərində qış düşərgəsi formatındaMingəçevir şəhərində 120 gəncin iştirakı ilə baş tutub.

Oxşar Xəbərlər