Rusiyanın “Gazprom Export” və Türkiyənin “Botas” şirkəti arasında qaz tədarükü və qaz infrastrukturundan istifadə haqqında yeni müqavilə imzalanıb.
Bu barədə “QİA.AZ” “Gazprom Export”a istinadən xəbər verir.
Müqavilə 4 il ərzində “Türk axını” layihəsi vasitəsilə illik 5,75 milyard kubmetrədək qaz tədarükünü nəzərdə tutur.
Qeyd edək ki, “Türk axını” layihəsi üzrə tikinti işlərinə 2017-ci ildə başlanılıb. “Türk axını” qaz kəmərinin Qara dənizdən keçən qoşa xəttinin uzunluğu 930 km-dir. Boru kəmərinin birinci xətti Türkiyə bazarı üçün, ikincisi – Cənubi və Cənub-Şərqi Avropa ölkələrinə qaz tədarükü üçün nəzərdə tutulub. Xətlərin hər birinin ötürücülük qabiliyyəti 15,75 milyard kubmetrdir.