SOCAR-ın nümayəndə heyəti NDU-da olub

Mar13,2023

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) prezidentinin müşaviri Aygün Hüseynova və nümayəndə heyəti Naxçıvan Dövlət Universitetində olub.

Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən “QİA.AZ”a verilən məlumata görə, ali təhsil ocağının rektoru Elbrus İsayev universitetin maddi-texniki bazası, burda mövcud olan ixtisaslar barədə məlumat verib.

Vurğulanıb ki, universitetin tələbə kontingentini muxtar respublikadan olmaqla bərabər 20 %-i ölkəmizin müxtəlif bölgələrindən, digər 20 %-ini isə əcnəbi tələbələr təşkil edir. Hazırda 23 ixtisas üzrə 1 700 əcnəbi tələbənin təhsil aldığı universitetin dünyanın 150-yə yaxın ali məktəbi ilə beynəlxalq əlaqələri var. Universitetdəki IELTS mərkəzi barədə qonaqları məlumatlandıran E. İsayev yaxın zamanlarda SAT imtahan mərkəzinin yaradılacağını da diqqətə çatdırıb.

SOCAR prezidentinin müşaviri şirkətin qarşıya qoyduğu hədəfləri və “Heydər Əliyev İli” çərçivəsində təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq Naxçıvan Dövlət Universitetində də keçirilməsi nəzərdə tutulan tədbirlərdən danışıb.

Görüşdə birgə həyata keçiriləcək işlər barədə razılığa gəlinib, müzakirələr aparılıb.

Sonda qarşılıqlı hədiyyələr təqdim edilib.

Oxşar Xəbərlər