“Gazprom” və “Botas” şirkətləri arasında 4 illik yeni müqavilə imzalanıb

Yan6,2022

Rusiyanın “Gazprom Export” və Türkiyənin “Botas” şirkəti arasında qaz tədarükü və qaz infrastrukturundan istifadə haqqında yeni müqavilə imzalanıb.

Bu barədə “QİA.AZ” “Gazprom Export”a istinadən xəbər verir.

Müqavilə 4 il ərzində “Türk axını” layihəsi vasitəsilə illik 5,75 milyard kubmetrədək qaz tədarükünü nəzərdə tutur.

Qeyd edək ki, “Türk axını” layihəsi üzrə tikinti işlərinə 2017-ci ildə başlanılıb. “Türk axını” qaz kəmərinin Qara dənizdən keçən qoşa xəttinin uzunluğu 930 km-dir. Boru kəmərinin birinci xətti Türkiyə bazarı üçün, ikincisi – Cənubi və Cənub-Şərqi Avropa ölkələrinə qaz tədarükü üçün nəzərdə tutulub. Xətlərin hər birinin ötürücülük qabiliyyəti 15,75 milyard kubmetrdir.

Oxşar Xəbərlər