Güclü külək Ağsuda bir sıra fəsadlar törədib

Mar19,2021

Ötən gün axşam saatlarından başlayan güclü külək Ağsu rayonunda bir sıra fəsadlar törədib.

“QİA.az” xəbər verir ki, külək rayonun Heydər Əliyev prospektində iri ağacları aşırıb. Ağaclardan birinin iri qolu piyada səkisinin, digər qolu isə vətəndaşa məxsus çardağın üstünə düşüb.

Şəhərin bir hissəsində, habelə 30 kəndin elektriklə təchizatında fasilə yaranıb. Çaparlı, Daşdəmirbəyli və digər kəndlərdə elektrik naqilləri qırılıb, bəzi evlərin dam örtüyünə, talvara ciddi ziyan dəyib. Hazırda elektrik enerjisinin bərpası ilə əlaqədar 2 briqada çalışır. Şəhərdə, eləcə də kəndlərdə baş vermiş fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görülür.

QİA.az

Oxşar Xəbərlər