Ötən gün qeydə alınmış cinayət və hadisələrin statistikası (17.03.2021)

Mar18,2021
Ötən gün qeydə alınmış cinayət və hadisələrin statistikası

2021-ci il mart ayının 17-də daxili işlər orqanları tərəfindən qeydə alınmış cinayət və hadisələr haqqında statistikası açıqlandı.

DİN-in Mətbuat Xidmətindən “QİA.AZ”a verilən məlumata görə,

– Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 20 cinayətin üstü “isti izlər”lə açılmışdır. 

– Əvvəlki dövrlərdən bağlı qalmış 13 cinayətin açılması təmin olunmuşdur.   

– Axtarışda olduğuna görə ümumilikdə 41 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 29 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.

– Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 5 nəfər ölmüş, 4 nəfər xəsarət almışdır.  

– Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.

– Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılmışdır.

QİA.AZ

Oxşar Xəbərlər