Günün qoroskopu- 14.07.2021

Qoç – Günün ilk yarısından etibarən kiçik iş və məişət problemlərini həll edin. Tələskənliyə qapılaraq önəmli məsələlərdən birini unutmayın. Qərarı başqa günə ertələmyin.

Günün ikinci yarısı sənədləşdirmə və müqavilələr üçün əlverişlidir. Müzakirələrdə diqqətli, sayıq olun. İşdə rəhbərliyin sizə yeni tapşırığı olacaq. Baş verənləri dəyişməyə çalışmayın. Vəziyyəti dürüst qiymətləndirin.

Axşam saatlarında həssas davranın.

Buğa – Sizi maraqlandıran məsələnin təfərrüatını öyrənin. Soyuqqanlı şəkildə çalışaraq məqsədə doğru addım-addım yaxınlaşın. Önəmli məsələlərin çözümü zamanı tələsməyin. Razılaşmadığınız məqam, qəbul etmədiyiniz detallarla bağlı fikrinizi açıq bildirin.

Günün ikinci yarısında mühüm işi təxirə salmaq yanlış qərardır. Səhvin nəticələri ağır ola bilər. Peşəkar inkişaf üçün yaranmış şansı dəyərləndirin. İşgüzar mükalimələrdə qarşı tərəfin mövqelərini nəzərə alın. “Gərəkli” insanla görüşməyi unutmayın.

Axşam saatlarında gəzintiyə çıxın.

Əkizlər – Prioritet məqsədləri müəyyənləşdirin. Cari xidməti məsələlər və kiçik məişət problemləri başağrıları yarada bilər. Rutinlik, yeknəsəqlik sizə çox pis təsir edəcək. Xırda məsələlər əhvalınızı korlamamalıdır.

Günün ikinci yarısında yaxınlarınızla münasibətlərinizdə diqqətli olun. Xırdalıqlara laqeyd münasibət karyeranızla yanaşı, yaxınlarınızla münasibətlərinizə mənfi təsir edə bilər. Önəmli görüşdən əvvəl gərəkli auranı yaratmağa can atın. Axşam saatlarında ünsiyyət məhsuldar olacaq. İrad və təkliflərin sayını artırmayın.

Xərçəng – Yaxın ətrafınızdakı insanlarla münasibətləri gərginləşdirməyin. Günün ilk yarısında hisslərin əsirinə çevrilməyin. Əldən verilmiş imkanlar barəsində düşünmək yerinə irəliləyişə üstünlük verin. Mənasız söhbətlərə qatılmayın.

Günün ikinci yarısında mühüm sənədlərin hazırlanmasını, gərəkli informasiyanın axtarışlarını təxirə salmayın. Dəyər verdiyiniz insanlara ünvanlanmış iradların sayını azaldın. Ultimatum və hədələr yolverilməzdir. İstənilən dialoqda diqqətli tərəfdaş olun.

Axşam saatlarında evdən uzağa yollanmayın.

Şir – Peşəkar maraqlarınızı təmin edə biləcək sərfəli imkanlar yaranacaq. Təklif edilən yeni şərtlərlə razılaşmağa tələsməyin. Situasiyanı diqqətlə araşdırın, təklifi dəyərləndirin.

Yeni layihəyə başlamaq olar.

Günün ikinci yarısında görüşdə maraqlarınızı müdafiə edin. Yaşlı qohumlardan birinin sizinlə aqressiv danışdığı təqdirdə geri çəkilməyin. Romantikaya qapılmayın. Rifahınızı düşünün, maraqlarınızı təmin edin.

Axşam saatlarını sevdiyiniz insana həsr edin.

Qız – Günün ilk yarısından etibarən bütün diqqəti peşəkar fəaliyyətə yönəldin. Gərəkli bacarıq, informasiya və təcrübənin olmadığını hiss etsəniz, daha təcrübəli tərəfdaşdan məsləhət almaqdan çəkinməyin.

Situasiya barədə maksimum informasiyaya yiyələnin.

Günün ikinci yarısında fəaliyyət sahəsini və ya iş yerini dəyişməklə bağlı fikirlər yaranarsa, təşəbbüsün sonuclarını nəzərə alın. Tələsik qərarlar verməyin.

Sayıq davranın.

Tərəzi – İndiyədək üzə çıxmayan mübhəm problemlər aşkarlanacaq. Onları mərhələlərlə həll edin. Ətrafınızdakı vurnuxmaya aldanmayın. Sizi tələsdirən insanlara qulaq asmayın. Hüquqlarınızı sonadək müdafiə edin. Yaşam tonusunun səviyyəsi aşağı düşə bilər.

Günün ikinci yarısında fəaliyyət tempini bir qədər azaldın. Müsbət emosiyalar əldə etməyə can atın. Yeni işə sınanmış, etibarlı insanla başlayın. Əsas məsələ qarşılıqlı etimad və inamdır.

Mənasız şübhələr fəaliyyətinizdə əngəllər yaratmamalıdır.

Əqrəb – Karyera məsələləri xüsusi aktuallıq kəsb edəcək. İşdə rəhbərliklə kəskin mübahisə etməyin. Həmkarlarınızla birgə fəaliyyətin üstün cəhətlərindən yararlanın. Peşəkarlarla işləyin.

Günün ikinci yarısında ləyaqətsiz insanlardan uzaq durun. Motivasiyaya ehtiyac yoxdur. Təkbaşına da işləyə bilərsiniz.

Yaxınlarınızdan birinin sizə praktik yardım təklifi olarsa, müsbət dəyərləndirin. Heç bir halda başqasını hansısa əməldə zorla müdafiə etməyin.

Oxatan – Mübahisəli məsələləri günün ilk yarısında həll etmək olar. Ümumi razılığı əldə etməmiş yeni layihəyə başlamayın. İfrat dərəcədə informasiya əldə etməyə çalışmayın. Eyni zamanda bir neçə genişmiqyaslı layihəyə qatılmağın pis fəsadları olacaq.

Günün ikinci yarısında ifrat yorğunluq yarada biləcək nüanslara qapılmayın. Emosional təmaslar usandırıcı ola bilər.

Ailə üzvlərinin qayğısına qalın.

Oğlaq – İnformasiya, rəqəmlər, faktlar və mətnlərlə diqqətlə çalışın. Mümkün qədər diqqətli davranın, işlə bağlı məsələlərdə sayıqlığı əldən verməyin. Hər şeyi eyni vaxtda görməyə çalışmayın. Tələsmədən, vurnuxmadan irəliləyin.

Günün ikinci yarısında düşünülməmiş qərarlar sizin ən pis düşməniniz olacaq. Maraqlandığınız sahədə aramla addımlayın. Rəhbərlikdən yeni tapşırıqlar alsanız, həmin işi dərhal görməyə can atmayın. Sizdən konkret olaraq nələr istəndiyini araşdırın, gözləntiləri təhlil edin.

Dolça – Mövqelərinizi möhkəmləndirin, stabilliyə can atın. Danışıqlar aparın, informasiya arayın, mütəxəssislərlə məsləhətləşin. İntellektual və fiziki yük az olmayacaq. Zəruri təhlildən sonra ideyalar, hesablamalar, təkliflər və vədlər başqa forma ala bilər.

Günün ikinci yarısında tələsməyin, sənəd imzalamayın. Planlarınızı kimsə ilə bölüşməyin. Səhhətinizdə problem yarana bilər. Mədə ağrıları istisna deyil. Baş ağrısı, ürəkbulanması riski var.

Hadisələrə süni təkan verməyin. Müdaxilələr yolverilməzdir.

Balıqlar – İşgüzar münasibətlərinizi sürətlə inkişaf etdirin. Tərəfdaşlarla əməkdaşlığınızın səviyyəsi sizdən asılıdır. Kommunikativ imkanlarınızı intensivləşdirsəniz, daha sürətlə irəliləyə bilərsiniz.

Günün ikinci yarısında işgüzar ünsiyyət stilini qeyri-formal təmaslarla sıralayın. Belədə qarşı tərəflə bağlı daha çox məlumat əldə edə bilərsiniz. Axşam saatlarında zəruri ev işlərini yerinə yetirin. Dostların yardımlarından imtina etməyin. Əhvalınızı pisləşdirə biləcək məkandan və insanlardan uzaq durun.

Oxşar Xəbərlər