Gürcüstan azərbaycanlıları Saakaşvilini Allahla müqayisə edən kanal direktorundan üzr tələb edirlər

Gürcüstanın müxalif “Mtavari” televiziya kanalının baş direktoru Nika Qvaramiyanın sözləri ölkənin müsəlman icmasının narazılıqlarına səbəb olub.

“QİA.AZ” xəbər verir ki, Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvilinin siyasətdən getməsi barədə ötən gün yaydığı açıq məktubu şərh edən N.Qvaramiya uğursuz müqayisə aparıb.

“Yarızarafta deyim ki, praktiki olaraq yazılıb ki, Saakaşvili Allah, Qvaramiya isə onun rəsulu Məhəmməddir”, – o, kanalın efirində söyləyib.

Gürcüstan azərbaycanlıları kanal rəhbərinin bu sözlərinə hiddətləniblər. Onlar N.Qvaramiyanın ölkə müsəlmanlarından üzr istəməsini tələb edirlər.

Parlamentin sabiq azərbaycanlı deputatı Ruslan Hacıyev də N.Qvaramiyanın sözlərini qətiyyətlə pisləyib. O, bu cür müqayisənin qəbuledilməz olduğunu qeyd edərək kanal direktorunu müsəlmanlardan üzr istəməyə çağırıb.

Oxşar Xəbərlər