Gürcüstanda azərbaycanlı ailənin iki üzvü qətlə yetirilib

Noy4,2020
Gürcüstanda azərbaycanlı ailənin iki üzvü qətlə yetirilib

Gürcüstanın Marneuli rayonunun Axlılələ kəndində ötən gecə qətl hadisəsi törədilib.

“QİA.AZ”ın yerli bürosu xəbər verir ki, 22 yaşlı oğlan və onun anası odlu silahla öldürülüb.

Qətlin motivi hələ bəlli deyil.

Yayılan məlumatlara əsasən, qətli törədən şəxs ailənin qohumudur. Hadisənin qisas zəminində baş verdiyi bildirilir.

Faktla bağlı istintaq aparılır.

Oxşar Xəbərlər