Qırğız Respublikası parlamentinə yeni sədr seçildi

Noy4,2020
Qırğız Respublikası parlamentinə yeni sədr seçildi

Talant Mamıtov Qırğız Respublikası parlamentinə yeni sədr seçilib.

“Report” xəbər verir ki, məlumatı parlamentin iclas zalından TASS yayıb.

O, Respublika – Ata-Jurt fraksiyasının nümayəndəsidir.10:24

Qırğız Respublikası parlamentinin sədri Kanat İsayev tutduğu vəzifədən istefa verib.

“QİA.AZ” “24.kg”a istinadən xəbər verir ki, bu barədə o, parlamentin iclasında bildirib.

İsayev oktyabrın 4-də keçirilmiş parlament seçkilərindən sonra bu vəzifəyə seçilmişdi. Bu siyasi kampaniyanın nəticəsi isə oktyabrın 5-də gerçəkləşmiş etiraz aksiyalarından sonra etibarsız sayılıb. Bununla belə, İsayev bildirib ki, prezidentliyə namizəd olaraq irəli sürüldüyü üçün sədrlikdən istefa verib.

Qeyd edək ki, 5 oktyabr etiraz aksiyasından sonra Qırğızıstan prezidenti Sooronbay Jeenbekov istefa verib. Oktyabrın 15-dən dövlət başçısının səlahiyyətlərini baş nazir Sadır Japarov icra edir.

Oxşar Xəbərlər