Gürcüstanda daha 1 433 nəfər koronavirusa yoluxub

Gürcüstanda ötən sutkada koronavirusa 1 433 yeni yoluxma halı təsdiqlənib, 1 160 nəfər müalicə olunaraq sağalıb.

“QİA.az” xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə COVID-19-a yoluxanların ümumi sayı 308 834-ə, sağalanların sayı isə 289 976-ya yüksəlib.

Son 24 saat ərzində daha 18 pasiyent vəfat edib və xəstəlikdən ümumi ölüm sayı 4 095 olub.

Oxşar Xəbərlər