Gürcüstanda son sutkada daha 3 801 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 3 200 nəfər sağalıb, 39 pasiyent isə vəfat edib.
QİA.AZ bildirib ki, Report un yerli bürosu xəbərinə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Hazırkı dövədək qonşu ölkədə COVID-19-a 118 690 yoluxma faktı təsdiqlənib. Yoluxan şəxslərin 98 781-i sağalıb, 1 124-ü isə ölüb.
Karantin zonalarında 2 071, stasionar nəzarətdə 6 145 nəfər var. Xəstəliyi yüngül formada keçirən 3 723 nəfər isə xüsusi otellərdə müalicə ilə təmin olunur.