Gürcüstanda son sutkada daha 357 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib, 652 nəfər müalicə olunaraq sağalıb, 9 pasiyent vəfat edib.
“QİA.AZ” xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 265 557 yoluxma halı təsdiqlənib. Yoluxanların 258 093-ü sağalıb, 3 352-si isə ölüb.
Son 24 saat ərzində yeni yoluxma hallarının aşkarlanması üçün 19 345 test aparılıb.