Gürcüstanda son sutkada daha 723 nəfərə koronavirus diaqnozu qoyulub, 932 nəfər sağalıb, 19 pasiyent isə vəfat edib.
“QİA.AZ” xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 256 287 yoluxma halı təsdiqlənib. Yoluxanların 246 459-u sağalıb, 3 127-si isə dünyasını dəyişib.
Karantin zonalarında 538, stasionar nəzarətdə 2 770 nəfər saxlanılır. 346 nəfər xüsusi otellərdə müalicə olunur.