Həbib Nurməhəmmədov karyerasını rəsmən başa vurub

Mütləq Döyüş Çempionatının (UFC) rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədov rəsmən idman karyerasını başa vurub.

“QİA.az” xəbər verir ki, bu barədə Mütləq Döyüş Çempionatının (UFC) prezidenti Deyna Uayt özünün tvitterdəki hesabında bildirib.

“O, 100% rəsmən təqaüdçüdür. Sizin necə işlədiyinizi izləmək inanılmaz idi, hər şey üçün təşəkkür edirəm, gələcəkdən zövq al, dostum”, – deyə Uayt sosial şəbəkədə yazıb.

Daha əvvəl bildirilirdi ki, Mütləq Döyüş Çempionatının prezidenti Həbib Nurməhəmmədovla onun karyerası ilə bağlı görüş keçirəcək.

QİA.az

Oxşar Xəbərlər