Hacıqabulda yol qəzası olub, ölən və yaralanan var

Yan 23, 2024

Hacıqabulda yol qəzası baş verib, bir nəfər ölüb, bir nəfər isə yaralanıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yanvarın 22-də saat 23 radələrində Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonunun Qarasu kəndi ərazisindən keçən hissəsində qeydə alınan qəzada “KamAz” markalı yük maşını ilə digər bir yük avtomobili toqquşub. 

Hadisə nəticəsində Nurlan Tahirli hadisə yerində ölüb. 

Faktla bağlı araşdırma aparılır.

Oxşar Xəbərlər