Hava qeyri-sabit keçəcək – XƏBƏRDARLIQ

İyn7,2021
hava şəraiti

İyunun 10-u axşamadək Azərbaycanın əsasən şimal və qərb rayonlarında qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı, ayrı-ayrı yerlərdə lokal leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir.

“QİA.az” xəbər verir ki. bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Oxşar Xəbərlər