Hindistan Çabahar limanının idarəçiliyi üçün İranla razılığa gəlib

Bu gün Hindistan ilə İran arasında Çabahar limanının icarəyə verilməsi haqqında sənəd imzalanıb.

QİA.az  “The Economic Times” istinadla xəbər verir ki, sənəd Hindistanın limanlar, su yolları və gəmiçilik naziri Sarbanand Sonoval və İranın yollar və şəhərsalma naziri Mehrdad Bazarpaş tərəfindən imzalanıb. Sənədə əsasən 10 ildən sonra razılaşma yenilənəcək və limanın idarəçiliyi Hindistanda qalacaq.

Çabahar limanı İranın Hind Okeanına çıxışı olan yeganə böyük limanıdır. Limanı idarəçiliyə götürməklə Hindistan Orta Asiya və Əfqanıstan ilə ticarət əlaqələri qurmaq istəyir. Bu liman Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizində də aparıcı rol oynayır. Rusiyadan göndərilən yüklər Azərbaycan və İran ərazisindən tranzit olaraq Çabahar limanına oradan isə Hindistanın Mumbai limanına çatdırılır. Əks istiqamətə də yüklər İran və Azərbaycan ərazisindən keçərək Rusiyaya çatdıracaq.

Bu marşrutun tam olaraq fəaliyyətə başlaması Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolunun tikilməsindən asılıdır. Rusiya dəmir yolunun tikintisi üçün kredit verməyə hazırdır.

Oxşar Xəbərlər