Tbilisidə çoxmərtəbəli binada partlayış olub, 1 nəfər ölüb

Apr4,2021

Bu gün Tbilisinin Lilo qəsəbəsində yaşayış binasında partlayış olub.

“QİA.az”-ın “Mtavari” telekanalına istinadən verdiyi məlumata görə, Tenqiz küçəsindəki binada baş verən partlayış nəticəsində 65 yaşlı qadın ölüb.

Binanın dördüncü mərtəbəsindəki mənzildə baş verən partlayış zamanı partlayış dalğası eyvanın qapısını çıxarıb, evin sahibi dördüncü mərtəbədən yerə düşüb O, aldığı travmalardan hadisə yerində ölüb.

Partlayışın səbəbi hələlik dəqiq məlum deyil. İlkin versiyaya görə, binanın dördüncü mərtəbəsindəki mənzildə su qızdırıcısı partlayıb.

Hazırda yanğınsöndürmə-xilasetmə əməliyyatları davam edir.

Oxşar Xəbərlər