İndoneziyanın bir neçə gün əvvəl itmiş sualtı qayığı tapılıb

İndoneziya Hərbi Dəniz Qüvvələrinin bir neçə gün əvvəl itmiş sualtı qayığı tapılıb.

“QİA.az” xəbər verir ki, bu barədə “Sinxua” məlumat yayıb.

Qeyd edilir ki, hadisə zamanı sualtı qayıqda olan 53 nəfərin hamısı həlak olub.

Xatırladaq ki, 1981-ci ildə Almaniyada istehsal olunmuş “KRI Nanggala 402” sualtı qayığı ilə əlaqə aprelin 21-də kəsilmişdi. Qayığın ekipajı Bali adası yaxınlığındakı sularda təlimlər keçirirmiş.

Oxşar Xəbərlər