KİV: Nigeriyada icmalararası qarşıdurmada 17 nəfər ölüb

Apr25,2021

Son 24 saat ərzində Nigeriyanın cənub-şərqində icmalararası qarşıdurmalarda ən az 17 nəfər ölüb.

“QİA.az” bildirir ki, bu barədə “Daily Post” qəzeti xəbər verib.

Qəzet qeyd edir ki, 24 apreldə silahlı pastoralist qruplar Benue əyalətinin Quma bölgəsindəki üç kəndə hücum edib və qarşıdurmalarda 17 nəfər öldürülüb.

Benue əyalətindəki pastoralistlər və fermerlər arasındakı qarşıdurma, torpağa və su qaynaqlarına sahib olmaqla bağlı başlayıb. Bu mübahisələr getdikcə şiddətlənir və silahlı toqquşmalara çevrilir.

Oxşar Xəbərlər