KİV: Çin COVID-19-a ilk yoluxma ilə bağlı məlumatları ÜST-ə təqdim etməyib

Fev 13, 2021

Çin rəhbərliyi Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) koronavirusun ölkədə yayılmasının nə vaxt və necə baş verməsini müəyyənləşdirməyə kömək edə biləcək ilk yoluxma halları ilə bağlı işlənilməmiş məlumatları təqdim etməkdən imtina edib.

“QİA.AZ” xəbər verir ki, bu barədə “Wall Street Journal” qəzeti mütəxəssislərə istinadən məlumat yayıb.

“Bizə bir neçə nümunə göstərdilər, amma bu, hamısını təmin etmək kimi bir şey deyildi, bu, epidemioloji araşdırma üçün standart bir şeydir. Beləcə, başa düşürsünüzmü, bu məlumatların təhlili bizim nöqteyi-nəzərimizdən daha məhdud hal alıb, bununla belə, digər tərəf düşünə bilər ki, bu, pis deyil”, – deyə qəzet ÜST-ün mikrobioloq və mütəxəssisi Dominik Duayerdən sitat gətirib.

Oxşar Xəbərlər