İrana uçuşlar həyata keçirən yeganə Qərb aviaşirkəti reyslərin ləğvi müddətini uzadıb

İrana beynəlxalq uçuşlar həyata keçirən yeganə Qərb aviaşirkəti olan “Lufthansa” Tehrana uçuşların dayandırılmasını mayın 9-dək uzadıb.

Bildirilir ki, Almaniya aviaşirkəti İranın hava məkanına daxil olmaqdan çəkinir.

Xatırladaq ki, “Lufthansa” daha əvvəl aprelin 30-dək Tehrana uçuşları dayandırıb. Bu qərar Yaxın Şərqdə vəziyyətin gərginləşməsi ilə əlaqədar qəbul edilib.

Mənbə: TASS

Oxşar Xəbərlər