“İrşad Electronics”ə cərimə protokolu yazılıb

Fev17,2021
İrşad elektronics

“İrşad Electronics” MMC barədə inzibati protokol tərtib edilib.

“QİA.AZ” xəbər verir ki, “Report”un əldə etdiyi məlumata görə, şirkət qanunvericilikdə nəzərdə tutulmuş sertifikatlaşdırma qaydalarını pozmaqda təqsirləndirlir.

İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü (qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə) maddəsi ilə tərtib edilən protokola Nəsimi Rayon Məhkəməsində baxılacaq.

Bu inzibati xətaya görə, hüquqi şəxslər 4 min manatdan 6 min manatadək məbləğdə cərimə edilir.

“İrşad Electronics” Azərbaycanda elektronika və məişət texnikası satışı üzrə fəaliyyət göstərən mağaza şəbəkələrindən biridir. Şirkətin Bakı, Sumqayıt daxil olmaqla 35 şəhər və rayonda mağazaları, 700-dən çox dileri mövcuddur.

Oxşar Xəbərlər