İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib

İsrail ordusu “Hizbullah” hərəkatının Livanın cənubundakı forpostlarına hava və artilleriya zərbələrinin intensivliyini artırıb.

QİA.az Al Hadath telekanalına istinadla xəbər verir ki, İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları və pilotsuz təyyarələri səhər saatlarından etibarən Livan ərazisinə 14 hava hücumu həyata keçirərək 25 hədəfə zərbə endirib.

Eyni zamanda, İsrail artilleriyası Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsini atəşə tutub. “Hizbullah” hərəkatı İsrailin hücumları nəticəsində üç döyüşçüsünün həlak olduğunu etiraf edib.

Livanda fəaliyyət göstərən hərəkatın silahlı qanadı isə səhər saatlarında yəhudi hərbçilərinə qarşı üç əməliyyat keçirdiklərini bildirib. Onlar İsrail ordusunun Avivim, Netuva və Ştula yaşayış məntəqələri yaxınlığındakı mövqelərini raket və minaatanlarla atəşə tutublar.

Oxşar Xəbərlər