İsveçrəli futbolçu: “Azərbaycandan daha yaxşı olduğumuzu göstərdik”

Noy13,2020
İsveçrəli futbolçu: "Azərbaycandan daha yaxşı olduğumuzu göstərdik"

“Qəbələ qazanmaq çox əyləncəlidir”.

“QİA.AZ”ın məlumatına görə, bunu İsveçrənin 21 yaşadək futbolçulardan ibarət yığmasının futbolçusu Sedrik Tseziger Avropa çempionatının seçmə mərhələsində Azərbaycana 2:1 hesabı ilə qalib gəldikləri oyun barədə danışarkən deyib.

Ölkəsinin “Yanq Boyz” klubunda çıxış edən müdafiəçi matçı qarşılıqlı hücumlar şəraitində keçən döyüş adlandırıb: “İlk hissədə istədiyimiz qol epizodları yarada bilmədik. İkinci yarıda isə keyfiyyətimizi və rəqibdən daha yaxşı olduğumuzu göstərdik”.

Qeyd edək ki, 9 oyundan 24 xal toplayan İsveçrə II qrupun lideridir. Azərbaycan millisi isə seçmə mərhələni 6 xalla 6 komanda arasında 5-ci yerdə başa vurub.

Oxşar Xəbərlər