Monteneqrolu futbolçu: “Azərbaycanla matçda qələbə üçün hər şeyi edəcəyik”

Noy13,2020
Monteneqrolu futbolçu: "Azərbaycanla matçda qələbə üçün hər şeyi edəcəyik"

“Düşünürəm ki, oyuna hazırıq və matçın startını səbirsizliklə gözləyirik. Mümkün olan hər şeyi edəcəyik. Amma hər şey bizdən asılı deyil. Ümid edirik ki, Lüksemburq xal itirəcək və biz hər iki qarşılaşmada qələbə qazanacağıq”.

“QİA.AZ”ın məlumatına görə, bu fikirləri Monteneqro yığmasının futbolçusu İqor Vuyaçiç UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunda Azərbaycanla keçirəcəkləri oyun barədə danışarkən deyib.

Serbiyanın “Partizan” komandasında çıxış edən 26 yaşlı müdafiəçi qələbə qazanmaq üçün meydanda əllərindən gələni edəcəklər: “Kompakt oynasaq, məsuliyyətli və nizam-intizamlı hərəkət etsək, nətcə özü gələcək. Lüksemburqla oyunda gözləmədiyimiz məğlubiyyət bizi məyus etdi. Amma bu, futbolun ayrılmaz hissəsidir. Nəticə çıxarmalı və yolumuza davam etməliyik”.

Qeyd edək ki, noyabrın 14-də Xorvatiyanın Zapreşiç şəhərindəki “Ivan Laljak-Iviç” stadionunda keçiriləcək Azərbaycan – Monteneqro görüşü Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Oxşar Xəbərlər