Siciliyanın “Koza Nostra” mafiya qruplaşmasının üzvü Covanni Bruska 25 illik həbs cəzasından sonra vaxtından əvvəl azadlığa çıxıb.
“QİA.az” xəbər verir ki, bu barədə CNN bildirib.
“Başkəsən” ləqəbi almış Bruska 100-dən çox insanın, o cümlədən 14 yaşlı yeniyetmənin qətlə yetirilməsində iştirakını etiraf edib.
Mafioz 1996-cı ildə həbs olunmuşdu. O, azadlıqdan ömürlük məhrumetmə cəzasına məhkum olunmuşdu. Cinayətkar ömürlük həbsinin 26 ilini hakim Covanni Falkonenin həlak olması ilə nəticələnən bomba partlayışına görə almışdı. Ancaq mayın 31-də cinayətkara dördillik sınaq müddətini təyin edərək, həbsxanadan buraxıblar. Onun vaxtından əvvəl azad olunması istintaq orqanı ilə əməkdaşlıqla izah olunur.