Türkiyənin İzmir şəhərində zəlzələ nəticəsində həlak olanların sayı 92-yə yüksəlib.
QİA.AZ xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələ zamanı 962 nəfər xəsarət alıb, onlardan 743-ü artıq evə buraxılıb.
Xəsarət alan 962 nəfərdan 743 nəfəri xəstəxanalardan evə buraxılıb. 143 nəfərin müalicəsi davam edir.