Jukovski-Bakı reysi gecikir, sərnişinlərin daşınması üçün başqa təyyarə göndəriləcək

Avq6,2021

J2 9982 nömrəli Jukovski-Bakı reysinin sərnişinlərinin nəzərinə

Jukovski hava limanından Bakıya yerinə yetirilən “Buta Airways” aviaşirkətinin J2 9982 nömrəli reysi texniki səbəbdən gecikir.

Reysə 174 sərnişin qeydiyyatdan keçib. Onların daşınması üçün Bakıdan başqa təyyarə göndəriləcək.

Hava limanında olan və yola düşməyi gözləyən sərnişinlər içki və yeməklə təmin ediləcəklər.

Oxşar Xəbərlər