Kəşfiyyat bölmələri ilə döyüş hazırlığı üzrə məşğələlər keçirilir – VİDEO

Apr7,2021

Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq, peşəkarlıq səviyyəsinin artırılması məqsədilə kəşfiyyat bölmələri ilə müvafiq məşğələlər keçirilir.

Bu barədə “QİA.az”a Müdafiə Nazirliyindən məlumat verilib.


Praktiki dərslərdə əsas diqqət Vətən müharibəsində qazanılan təcrübə nəzərə alınmaqla kəşfiyyatçıların gündüz və gecə vaxtı, məhdud görünüş və istənilən hava şəraitində, dağlıq və digər mürəkkəb relyefli ərazilərdə fəaliyyətinin təkmilləşdirilməsinə yönəlib.

QARABAĞ İNFORMASİYA AGENTLİYİ

Oxşar Xəbərlər