Rusiya və Ermənistan müdafiə nazirləri Qarabağdakı vəziyyəti müzakirə edib

Apr7,2021

Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan arasında telefon danışığı olub.

“QİA.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Rusiyanın Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, ordu generalı Sergey Şoyqu erməni həmkarı ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki vəziyyətin tənzimlənməsini, habelə qarşılıqlı maraqları əks etdirən başqa məsələləri müzakirə ediblər.

QARABAĞ İNFORMASİYA AGENTLİYİ

Oxşar Xəbərlər