“Keşlə” klubunda 10 futbolçu koronavirusa yoluxub.
“QİA.AZ”ın məlumatına görə, bu, sonuncu testlərdən sonra müəyyənləşib. Adları açıqlanmayan oyunçular karantinə alınıb.
Qeyd edək ki, “Keşlə” Azərbaycan Premyer Liqasının XII turunda dekabrın 5-də “Səbail”lə qarşılaşmalı idi, lakin görüş qeyri-müəyyən müddətə təxirə salınıb.