Fransanın PSJ klubu baş məşqçisi Tomas Tuxellə yollarını ayırıb.
“QİA.AZ” “LEquipe”ə istinadən xəbər verir ki, 47 yaşlı almaniyalı mütəxəssis müqaviləsinin bitməsinə 6 ay qalmış istefaya göndərilib.
Paris təmsilçisi Fransa çempionatının XVII turunda “Strasburq”u 4:0 hesabı ilə məğlub etmişdi. Rəhbərlik həmin görüşdən sonra Tuxelə postundan gedəcəyini bildirib.
Qeyd edək ki, Tomas Tuxel 2018-ci ildə PSJ-yə baş məşqçi təyin olunub.