Konqo Demokratik Respublikasında taun epidemiyası qeydə alınıb.
“QİA.AZ”ın məlumatına görə, son 3 ay ərzində ölkənin şimal-şərqində 500 yoluxma qeydə alınıb.
31 nəfər taunun qurbanı olub. Qeyd olunur ki, ölkədə əsasən bubon taunu yayılıb.
Bundan başqa, 5 nəfərdə ağciyər taunu aşkar edilib.
Konqo DR-də tauna ilk yoluxma ötən ilin noyabrında qeydə alınıb.