Koronavirus vaksini daşıyan helikopter yandı

Mar25,2021

“Pfizer/BioNTech” koronavirus vaksinini daşıyan Uruqvay Hərbi Hava Qüvvələrinə məxsus helikopter təcili eniş etdikdən sonra alovlanıb.

QİA.AZ-ın məlumatına görə, bu barədə “El Observador” qəzeti xəbər verib.

Qeyd olunub ki, helikopterdə 180 doza vaksin məhv olub. Peyvəndlər Roça şəhərinə aparılmalı imiş. Lakin helikopter texniki problemlər səbəbindən şəhərdən 30 km aralıda təcili eniş etməyə məcbur olub.

Ekipaj üzvünün bir neçəsi yüngül xəsarət alıb.

Oxşar Xəbərlər