Rusiya 1 aprel tarixindən daha bir neçə ölkəyə müntəzəm sərnişin uçuşlarını bərpa edir

Mar25,2021

Rusiya 1 aprel tarixindən Almaniya, Şri Lanka, Venesuela, Suriya, Tacikistan və Özbəkistana müntəzəm sərnişin uçuşlarını bərpa edir. QİA.AZ- TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Federasiyası ərazisində koronavirusla mübarizə üzrə federal əməliyyat qərargahında jurnalistlərə məlumat verilib.

“1 aprel tarixindən Almaniyanın aviasiya rəhbərliyi ilə qarşılıqlı razılaşma əsasında Frankfurt-am-Mayn – Moskva – Frankfurt-am-Mayn marşrutunda həftədə beş dəfə, Frankfurt-am-Mayn – Sankt-Peterburq – Frankfurt-am-Mayn – həftədə üç dəfə, Moskva – Berlin – Moskva – həftədə beş dəfə, və Moskva – Frankfurt am Mayn – Moskva – həftədə üç dəfə olaraq müntəzəm uçuşlar bərpa ediləcək”, – məlumatda deyilir.

Bildirilir ki, qeyd edilən tarixdən Rusiya və Azərbaycan arasında müntəzəm uçuşların sayı artırılacaq.

Oxşar Xəbərlər