Rusiyanın Krasnoyarsk şəhərində sahəsi 3,5 min kv.m. olan avtomobil anbarında yanğın baş verib.
“QİA.AZ” “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Krasnoyarsk diyar İdarəsi məlumat yayıb.
Hadisə nəticəsində binanın dam örtüyü çöküb.
Yanğının söndürülməsinə 110 nəfər yanğınsöndürən və 33 texnika cəlb edilib. Xilasedicilər binada adamın olub-olmamasını yoxlayır.