Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda “Renault” markalı, yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən QİA.AZ-a verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin dartıcısının arxa hissəsində yerləşən 2 ədəd akkumulyatorun hər birinin içərisinə nisbətən kiçik ölçülü akkumulyator, qalan boşluqlara isə düzbucaqlı formalı, qara rəngli bağlamalarda qablaşdırılan narkotik vasitə – tiryək yerləşdirildiyi məlum olub.
Ümumilikdə 10 ədəd bağlamadan qablaşdırmaları ilə birgə 21 kq 280 qram narkotik vasitə – tiryək aşkar edilib.